...

Azərbaycan Mətbuat Şurası regional mətbuatın vəziyyəti ilə bağlı konfrans keçirəcək

Cəmiyyət Materials 17 Dekabr 2009 11:52 (UTC +04:00)
"Qloballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar" mövzusuna həsr olunan konfrans Yevlax şəhərində təşkil olunacaq.

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Mətbuat Şurası regional mətbuatın vəziyyəti ilə bağlı konfrans keçirəcək. "Qloballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar" mövzusuna həsr olunan konfrans Yevlax şəhərində təşkil olunacaq.

"Şuranın Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı layihə çərçivəsində baş tutacaq tədbirdə dövlət rəsmilərinin, aparıcı kütləvi informasiya vasitələrinin, ölkənin 15 bölgəsində fəaliyyət göstərən mətbu nəşrlərin rəhbərlərinin, yerli icra, polis və məhkəmə orqanlarının təmsilçilərinin, habelə ictimaiyyət nümayəndələrinin və tanınmış media ekspertlərinin iştirakı nəzərdə tutulur", - cümə axşamı Trend -a Mətbuat Şurasından bildirilib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Dekabrın 21-23-də keçiriləcək tədbirdə regional KİV-lərin vəziyyəti, onların artan ictimai tələbatlara adekvat münasibətinin formaları, bölgə qəzetlərinin maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişləndirilməsi, ölkənin aparıcı mətbu nəşrlərində region həyatının işıqlandırılması xüsusiyyətləri ilə bağlı məruzələr səslənəcək. "Konfransın proqramına KİV-lərin yerli icra, polis və məhkəmə orqanları ilə qarşılıqlı münasibətləri, informasiya mübadiləsi prosesindəki nəzərə çarpan neqativ və pozitiv cəhətlərin müzakirəsi də daxildir", - məlumatda qeyd edilir.

Konfrans çərçivəsində bölgə KİV-lərinin təmsilçiləri üçün seminarların təşkili də nəzərdə tutulur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti