...

Ekologiyaya ziyan vuran ölkələr beynəlxalq qanunlara riayət etsin - Əhmədinejad

Cəmiyyət Materials 17 Dekabr 2009 12:23 (UTC +04:00)
İran Prezidenti Mahmud Əhmədinejad iqlim dəyişikliklərinə həsr olunmuş sammitdə iştirak məqsədilə Kopenhagenə səfəri ərəfəsində ekologiyaya ziyan vuran ölkələri beynəlxalq qanunlara riayət etməyə çağırıb.
Ekologiyaya ziyan vuran ölkələr beynəlxalq qanunlara riayət etsin - Əhmədinejad

İran Prezidenti Mahmud Əhmədinejad iqlim dəyişikliklərinə həsr olunmuş sammitdə iştirak məqsədilə Kopenhagenə səfəri ərəfəsində ekologiyaya ziyan vuran ölkələri beynəlxalq qanunlara riayət etməyə çağırıb.

İranın İRNA agentliyinin oktyabrın 17-də verdiyi məlumata əsasən, Əhmədinejad bildirib ki, İran hakimiyyəti dini inanclarına uyğun oalaraq, ekologiyanı qorumağı özünə borc bilir. O, Kopenhagen iclasında rəsmi Tehranın ekologiyanın qorunması ilə bağlı hazırladığı planları və problemlərin həlli ilə bağlı təklifləri beynəlxalq ictimaiyyətə təqdim etmək niyyətindədir.

Trend -un arayışı: Dekabrın 18-də Kopenhagenda iqlim dəyişikliklərinə həsr olunmuş beynəlxalq sammit keçiriləcək. Danimarkada keçirilən bu sammitdə beynəlxaq ictimaiyyət və dövlətlər tərəfindən ekologiyanın qorunması, kəskin iqlim dəyişikliklərinin qarşısının alınması yolları müzakirə olunacaq. BMT-nin İnkişaf Proqramının (UNDP) rəsmi məlumatına əsasən, İran dünya üzrə ekologiyaya ən çox ziyan vuran 10 ölkə arasında yer alır.

Xəbər lenti

Xəbər lenti