...

Azərbaycanda Məhərrəm ayı ilə bağlı zəncirlərin ölkəyə gətirilməməsi üçün tədbirlər görülüb - komitə sədri

Cəmiyyət Materials 17 Dekabr 2009 13:33 (UTC +04:00)
Azərbaycanda qeyd olunacaq Məhərrəm ayı ilə bağlı zəncirlərin ölkəyə gətirilməməsi üçün Dövlət Gömrük Komitəsi ilə birgə tədbirlər görülüb, Trend News-un məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.
Azərbaycanda Məhərrəm ayı ilə bağlı zəncirlərin ölkəyə gətirilməməsi üçün tədbirlər görülüb - komitə sədri

Azərbaycan, Bakı, 17 dekabr / Trend , muxbir K.Zərbalıyeva/

Azərbaycanda qeyd olunacaq Məhərrəm ayı ilə bağlı zəncirlərin ölkəyə gətirilməməsi üçün Dövlət Gömrük Komitəsi ilə birgə tədbirlər görülüb, Trend -un məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

"Zəncirlər ölkəyə qaçaqmal yolu ilə gətirilir. İstərdim ki, cəmiyyət buna birmənalı münasibət bildirsin." - Orucov deyib.

Qafqaz Müsəlmanlar İdarəsinin Qazilər Şurası (QMİ) Məhərrəmlik ayı ilə bağlı bu gün fətva verib. Fətvaya əsasən, Məhərrəm ayı dekabrın 18-də başlayır. Aşura günü dekabrın 27-dədir.

Məhərrəm ayı Hicri Qəməri təqvimi ilə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn Əleyhissalam və yaxınları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.

Orucov deyib ki, Məhərrəm ayı hüzn günü kimi, haqqın bərpasına çağırış kimi qeyd olunmalıdır.

"Xəsarət yetirmək, yürüşlər keçirmək kimi hallara yol verilmir. Bu halları dindarlar da qəbul etmirlər. Çünki bu kimi hallar islam mədəniyyəti və ənənələri ilə bir araya sığmır. Bu sahədə Azərbaycanda qanvermə aksiyasının keçirilməsi kimi yaxşı tərcübə mövcuddur", - komitə sədri əlavə edib.

Onun sözlərinə görə, bəzən ayrı-ayrı qüvvələr və idarə olunan şəxslər Azərbaycana yad olan halı tətbiq etmək istəyirlər.

"Kecən il üç məsciddə zəncir vurma qeydə alınıb. Araşdırma zamanı müəyyən edilib ki, bu aksiyalar eyni adamlar tərəfindən müxtəlif vaxtlar da törədilib", - Orucov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti