...

Azərbaycanda ilin sonunadək 500 məktəb İnformasiya və Resurs Mərkəzinə qoşulacaq

Cəmiyyət Materials 17 Dekabr 2009 17:22 (UTC +04:00)
İlin sonunadək Bakı və Sumqayıt şəhərlərindəki 500 məktəb Azərbaycanın İnformasiya və Resurs Mərkəzinə qoşulacaq. Bunu Mərkəzin direktoru Fərid Kazımov deyib.
Azərbaycanda ilin sonunadək 500 məktəb İnformasiya və Resurs Mərkəzinə qoşulacaq

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir M.Əliyev/

İlin sonunadək Bakı və Sumqayıt şəhərlərindəki 500 məktəb Azərbaycanın İnformasiya və Resurs Mərkəzinə qoşulacaq. Bunu Mərkəzin direktoru Fərid Kazımov deyib.

Onun sözlərinə görə, hazırda paytaxt və Sumqayıtın 350 məktəbi mərkəzə qoşulub və ilin sonunadək daha 150 məktəbin qoşulması gözlənilir.

"Növbəti ildən mərkəz ölkənin regionlarında da müvafiq işlər görəcək. Gəncədə Azərbaycanın AZEDUNET Təhsil Şəbəkəsinin şöbəsi fəaliyyət göstərməyə başlayıb.

Təhsil naziri Misir Mərdanov bir müddət əvvəl demişdi ki, ümumiyyətlə, ölkədə 700-ə yaxın məktəb bu sistemə qoşmaq niyyətindədir.

"Vahid təhsil şəbəkəsinin mövcudluğu ölkə daxilindəki təhsil müəssisələri arasında yüksəksürətli informasiya mübadiləsinə imkan verir, həmçinin kontentə girişi asanlaşdırır", - mərkəzin direktoru deyib. AZEDUNET-in əsas məqsədi ölkənin bütün təhsil müəssisələrini vahid yüksəksürətli İnternet şəbəkəsində birləşdirməkdir.

Məktəblilərin psixoloji və mənəvi vəziyyətinin müdafiəsi, həmçinin yeniyetmə nəslin informasiya sağlamlığına zərər gətirən məlumatların əldə olunmasına məhdudiyyət qoyulması məqsədilə Azərbaycanın AZEDUNET təhsil şəbəkəsi çərçivəsində Websense proqramı tətbiq edilir. Websense proqramı məhdudlaşdırılmış kateqoriyaya daxil edilmiş saytları filtrasiya edir və video, audio fayllara girişi məhdudlaşdırır, axtarış sistemində müxtəlif dillərdə 60 kateqoriya üzrə zərərli informasiya axtarışını məhdudlaşdırır və bu uşaqların zərərli informasiyalardan maksimum müdafiəsinin təmin edilməsinə imkan verir.

Xəbər lenti

Xəbər lenti