...

Azərbaycana gələn əcnəbilərin sayı artmaqdadır - Dövlət Miqrasiya Xidməti

Cəmiyyət Materials 18 Dekabr 2009 12:03 (UTC +04:00)
Azərbaycana gələn əcnəbilərin sayı artmaqdadır, Trend News-un məlumatına görə, bunu cümə günü Beynəlxalq Miqrantlar günü münasibətilə Dövlət Miqrasiya Xidmətində (DMX) keçirilən tədbirdə qurumun rəhbəri Arzu Rəhimov deyib.
Azərbaycana gələn əcnəbilərin sayı artmaqdadır - Dövlət Miqrasiya Xidməti

Azərbaycana gələn əcnəbilərin sayı artmaqdadır, Trend -un məlumatına görə, bunu cümə günü Beynəlxalq Miqrantlar günü münasibətilə Dövlət Miqrasiya Xidmətində (DMX) keçirilən tədbirdə qurumun rəhbəri Arzu Rəhimov deyib.

"Dünyada davam edən iqtisadi böhran Azərbaycana elə də ciddi təsir göstərməyib. Bu da əcnəbilərin Azərbaycana marağının artmasına səbəb olub. Onlar həm iş, həm də normal yaşayış şəraiti ilə bağlı Azırbaycana gəlirlər", - deyə Rəhimov vurğulayıb.

Onun sözlərinə görə, bu ilin 11 ayında DMX-yə 40 mindən artıq müraciət daxil olub. 3 il əvvəl ölkədə 2 min əməkçi miqrant qeydə alınmışdısa, bu il bu rəqəm bir neçə dəfə artıb.

Xidmətin rəisi deyib ki, Azərbaycana 130-dan artıq ölkədən əcnəbilər gəlir. Daha çox isə MDB ölkələrindən - Gürcüstan, Rusiya, həmçinin Türkiyə, İran, ABŞ, İngiltərədən miqrantlar ölkəyə gəlirlər.

Rəhimov bildirib ki, son iki ildə Azərbaycan vətəndaşlarının və Azərbaycan mənşəli şəxslərin ölkəyə gəlmə faktları nəzərəçarpacaq dərəcədə artıb.

Rəhimov bildirib ki, Azərbaycanda qaçqın statusu almaq üçün müraciət edənlər də var və onların əksəriyyəti Pakistan və Əfqanstan vətəndaşlarıdır. O bildirib ki, müraciətlərin hər biri araşdırılıb və müvafiq cavablar verilib. Rəhimov qaçqın statusu almaq üçün müraciət edənlərin az qisminin İran vətəndaşı olduğunu deyib. Xidmətin rəhbəri qaçqın statusu alan şəxslərin sayı barədə məlumat verməyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin idarə rəisi Rauf Tağıyev gələn il ölkədə əməkçi miqrantlartla bağlı kvotanın tətbiq olunacağını deyib.

Onun sözlərinə görə, Azərbaycanda əmək bazarında çalışan qanunsuz miqrantların sayı qanuni miqrantların sayından 2 dəfə artıqdır. O bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində gələn il qanunsuz miqrantları sayı azalacaq.

Dekabrın 18-i Beynəlxalq Miqrantlar günüdür. BMT-nin Baş Assambleyası 18 dekabr 1990-cı ildə "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında" Beynəlxalq Konvensiya qəbul edib.

Baş Assambleya Konvensiyanın qəbul edilmə tarixini Beynəlxalq Miqrant günü kimi müəyyən edib.

Bu Konvensiya 11 dekabr 1998-ci ildə Azərbaycan Milli Məclisi tərəfindən ratifikasiya olunub.

BMT ekspertlərinin hesablamalarına görə, dünyada hər 35 nəfərdən biri miqrantdır.

Xəbər lenti

Xəbər lenti