...

Azərbaycan diasporu üçün praktiki fəaliyyətin zamanı çatıb – Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov

Cəmiyyət Materials 18 Dekabr 2009 13:47 (UTC +04:00)
Azərbaycan diasporunun təşkilinə dair işləri artıq başa çatmış hesab etmək olar və indi praktiki fəaliyyətin zamanı çatıb, Diasporala İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov bildirib.
Azərbaycan diasporu üçün praktiki fəaliyyətin zamanı çatıb – Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov

Azərbaycan, Bakı, 18 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan diasporunun təşkilinə dair işləri artıq başa çatmış hesab etmək olar və indi praktiki fəaliyyətin zamanı çatıb, Diasporala İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov bildirib.

"Biz  praktiki fəaliyyətə keçməliyik və bunun üçün diasporlar tərəfindən maksimum səylər tələb olunur", - İbrahimov cümə günü Bakıda Dövlət Komitəsinin 2009-cu il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan diasporu dünyanın bütün ölkələrinə geniş yayılıb.

İbrahimovun fikrincə, Dağlıq Qarabağ münaqişəsinə dair " Euronews" telekanalının birtərəfli reportajı, ABŞ Konqresinin seperatçı Dağlıq Qarabağ rejiminin mailyyələşdırılməsinə dair son qərarı kimi hallarda Azərbaycana qarşı ikili standartlar yeridilir. "Bu bizi məcbur edir ki, gələcək illərdə ikiqat səylə işləyək. Erməni lobbisi isə əfsanədir", - o deyib.

İbrahimovun sözlərinə görə, bütün ictimai institutlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir və bu, Azərbaycan diasporunun işinin nəticəsidir. "Biz diaspora dəstək üçün onların fəaliyyətinin maliyyələşdirilməsi də daxil olmaqla hər şeyi edirik", - o deyib.

İbrahimovun fikrincə, xarici ölkələrdə etiraz mitinqləri keçirmək lazımi nəticə vermir. "Bu cür etiraz forması keçmişdə qalıb. Biz Azərbaycana qarşı ikili standart yürüdən ABŞ Konqresinə, Ağ Evə, həmçinin institutlara məktub göndəririk", - o deyib.

Onun fikrincə, bu gün xaricdə oxuyan azərbaycanlı tələbələrin fəaliyyətlərinə nəzarət edilməsinə ehtiyac var. "Belə ki, son zamanlar xaricdə təhsil alan azərbaycanlıların sayı artıb və onların anti-Azərbaycan qüvvələrin təsiri altına düşməsi təhlükəsi var", - İbrahimov hesab edir.

Xəbər lenti

Xəbər lenti