...

Azərbaycanda Kino Xidməti İdarəsinə silahlı basqın edən şəxslərin apellyasiya şikayətinə baxılıb

Cəmiyyət Materials 18 Dekabr 2009 13:47 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Bakı Apellyasiya Məhkəməsində Mehman Abbasov və Arif Sadıqovun Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündən verdikləri apellyasiya şikayətləri üzrə qərar elan edilib.
Azərbaycanda Kino Xidməti İdarəsinə silahlı basqın edən şəxslərin apellyasiya şikayətinə baxılıb

Azərbaycan, Bakı, 18 dekabr / Trend , muxbir H.Bağırov/

Azərbaycanda Kino Xidməti İdarəsinə silahlı basqın edən şəxslərin apellyasiya şikayəti təmin edilməyib.

Trend -un məlumatına görə, bu gün Bakı Apellyasiya Məhkəməsində Mehman Abbasov və Arif Sadıqovun Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündən verdikləri apellyasiya şikayətləri üzrə qərar elan edilib. Qərara görə, birinci məhkəmə instansiyasının hökmü qüvvəsində saxlanılıb və təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib.

Təqsirləndirilən şəxslərin hər biri 9 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin qanunsuz azadlıqdan məhrum etmə (145) və quldurluq (181) maddələri ilə ittiham olunublar.

Sadıqov və Abbasov bu il martın 29-da Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən Kino Xidməti İdarəsinə gəliblər. Onlar idarənin müdiri, Bakı şəhər sakini Nəriman Ağayev və montajçı Emil Gözəlovu otaqda silahla hədələyərək, girov saxlaylblar. Onlardan 60 manat, 1 ədəd mobil telefon, 1 ədəd boyunbağı və 2 ədəd üzük alıblar.

Gözəlov pəncərəni sındırıb qaçmağa cəhd göstərərkən Sadıqov ona xəsarət yetirib.

Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən təqsirləndirilən şəxslər tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti