...

Ayətullah Xomeyninin təhqir edilməsinə qarşı İranda etiraz mitinqləri keçirilir

Cəmiyyət Materials 18 Dekabr 2009 14:53 (UTC +04:00)
İranın sabiq ali lideri Ayətullah Ruhullah Xumeyninin təhqir edilməsinə qarşı bu gün cümə namazından sonra bu ölkənin paytaxtı Tehran və digər şəhərlərdə etiraz mitinqləri keçirilir. Bu barədə Trend News İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.
Ayətullah Xomeyninin təhqir edilməsinə qarşı İranda etiraz mitinqləri keçirilir

İranın sabiq ali lideri Ayətullah Ruhullah Xumeyninin təhqir edilməsinə qarşı bu gün cümə namazından sonra bu ölkənin paytaxtı Tehran və digər şəhərlərdə etiraz mitinqləri keçirilir. Bu barədə Trend İranın İLNA xəbər agentliyinə istinadən məlumat yayıb.

Etiraz mitinqlərinin keçirilməsi İranın İslami Təbliğat Əlaqələndirici Şurasının çağırışı ilə İranın bütün şəhərlərində cümə namazından sonra həyata keçirilib.

İran televiziyası dekabrın 7-də saat 20:30 xəbər buraxılışında və bir neçə buraxılışda Tələbələr günü ilə bağlı keçirilən mitinqlərin yaxınlığında bir neçə nəfərin Prezident Mahmud Əhmədinejad, ali lider Ayətullah Əli Xamneyi və İran İslam İnqilabının banisi sabiq ali lider Ayətullah Ruhullah Xomeyninin şəkillərini cırması əks olunan kadrları yayımlamışdı.

İran müxalifəti mitinqlərə qoşulmayacağını bildirib.

Xəbər lenti

Xəbər lenti