...

Azərbaycan Diplomatiya Akademiyası bir-iki ilə bakalavr səviyyəsində də tələbə hazırlamaq niyyətindədir - rektor Hafiz Paşayev

Cəmiyyət Materials 19 Dekabr 2009 10:34 (UTC +04:00)
Azərbaycan Diplomatiya Akademiyası bir-iki ilə bakalavr səviyyəsində də tələbə hazırlamaq niyyətindədir. Trend News-un məlumatına görə, bunu şənbə günü jurnalistlərə akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib.
Azərbaycan Diplomatiya Akademiyası bir-iki ilə bakalavr səviyyəsində də tələbə hazırlamaq niyyətindədir - rektor Hafiz Paşayev

Azərbaycan, Bakı, 19 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan Diplomatiya Akademiyası bir-iki ilə bakalavr səviyyəsində də tələbə hazırlamaq niyyətindədir. Trend -un məlumatına görə, bunu şənbə günü jurnalistlərə akademiyanın rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib.

"Dekabrın 19-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ölkənin ali təhsil müəssisələrində və Azərbaycan Diplomatiya Akademiyasında MBA və TEMPUS beynəlxalq proqramları üzrə magistr dərəcəsinin alınması üzrə imtahanın ilkin mərhələsini keçirir", - TQDK-nın öncə yaydığı məlumatında deyilib.

273 boş yerə 424 ərizə verilib. Ərizələrin 360-ı MBA proqramı üzrə təhsil, 64-ü TEMPUS üzrə və 123-ü Azərbaycan Diplomatiya Akademiyasında magistr dərəcəsinin alınması üzrə daxil olub.

Noyabrın 26-dan dekabrın 4-dək davam edən sənəd qəbulu komissiyaya təqdim olunan elektron anketlərin doldurulması yolu ilə həyata keçirilib.

MBA (Master of Business Administration) - menecmentlik və administrativ idarəetmə sahəsində yüksək bacarıqların əldə olunması üçün Qərb ölkələrində təcrübədən keçirilən, biznesin idarə edilməsi sahəsində magistr dərəcəsinin alınması üzrə proqramdır.

TEMPUS (Trans European Mobility Scheme For University Students) proqramı - Avropa İttifaqının Şərqi Avropa və Mərkəzi Asiya universitetlərinin avtomexanika, elektrotexnika, inşaat, ətraf mühitin müdafiəsi sahəsində kadrların hazırlığı üzrə layihələrin əsas hissəsidir.

Paşayev deyib ki, hazırda akademiyanın binasının tikintisi aparılır və iki ilə hazır olar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti