...

İrandan Azərbaycana silah gətirməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət Materials 21 Dekabr 2009 11:18 (UTC +04:00)
Trend News-un məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə təqsirləndirilən şəxslər Tahir Əsədullayev 10, Musa Hacıyevin 6, Anar Heydərovun 3, , Rəşad Aslanov 3, Rəşad Şükürovun 3 il müddətinə azadlıqdan məhrum edilib.
İrandan Azərbaycana silah gətirməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinə hökm oxunub

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə silah gətirməkdə ittiham olunan mütəşəkkil dəstə üzvlərinə hökm oxunub.

Trend -un məlumatına görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə təqsirləndirilən şəxslər Tahir Əsədullayev 10, Musa Hacıyevin 6, Anar Heydərovun 3, Rəşad Aslanov 3 və Rəşad Şükürov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Dəstənin digər üzvləri Asif Pirəliyev, Elnur Şükürov və Elçin Həsənova 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Araz Şükürov və Vüqar İsayev isə 9 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar bu müddətin cəzasını çəkdiyinə görə, məhkəmə zalından azadlığa buraxılıblar.

Dəstə üzvləri bu ilin martında Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulublar. Dəstə üzvlərindən 2 ədəd "TT" və "Makarov"" markalı tapança, onların xeyli miqdarda daraqları aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq (206.3.2), qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə (228.1, 228.2.1 və 228.2.2, ) maddələri ilə ittiham olunurlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti