...

Azərbaycanda ali məktəblərə qanunsuz yolla tələbə düzəltmək istəyən dəstə üzvlərinə hökm oxunub

Cəmiyyət Materials 21 Dekabr 2009 12:19 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhər sakinləri - Rauf Dadaşov 11 il, Sücayət Məmmədova 10 il müddətinə azadlıqdan məhrum edilib. Vaqif Şahbazov isə 6 il 7 ay müddətinə şərti cəza alaraq, məhkəmə zalından azad edilib.
Azərbaycanda ali məktəblərə qanunsuz yolla tələbə düzəltmək istəyən dəstə üzvlərinə hökm oxunub

Azərbaycan, Bakı, 21 dekabr / Trend , muxbir H.Bağırov /

Azərbaycanda ali məktəblərə qanunsuz yolla tələbə düzəltmək adı ilə vətəndaşları aldadan dəstə üzvlərinə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Bakı şəhər sakinləri - Rauf Dadaşov 11 il, Sücayət Məmmədova 10 il müddətinə azadlıqdan məhrum edilib. Vaqif Şahbazov isə 6 il 7 ay müddətinə şərti cəza alaraq, məhkəmə zalından azad edilib.

Təqsirləndirilən şəxslər 40 nəfər abituriyenti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarından kənar ali məktəbə düzəltmək adı ilə aldadaraq onların külli miqdarda əmlakını mənimsəyiblər.

Dəstənin aldatdığı zərərçəkmişlərdən biri də tikinti şirkətinin rəhbəri olub. Dadaşov 2007-ci ildə "Nəcibə" MMC tikinti şirkətinin rəhbəri Asif Ələmovdan 350 min ABŞ dolları alaraq, onun şirkətinə İqtisadi İnkişaf Nazirliyindən maliyyə yardımı veriləcəyini vəd edib.

Ələmov "GEN" MMC tikinti şirkətinin rəhbəri Elbrus Əliyevin rəhbərlik etdiyi dəstədə iştirakına görə mühakimə edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti