...

Azərbaycanda dövlət qulluqçularının ixtisas artırması üçün sifarişlər hazırlanır

Cəmiyyət Materials 21 Dekabr 2009 13:37 (UTC +04:00)
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bazar ertəsi Trend News-un sualına cavab olaraq bildirib ki, ixtisasartırmaya ehtiyacı olan dövlət qulluqçularının sayı müəyyən olunub.
Azərbaycanda dövlət qulluqçularının ixtisas artırması üçün sifarişlər hazırlanır

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda dövlət qulluqçularının ixtisas artırması üçün sifarişlər hazırlanır.

Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov bazar ertəsi Trend -un sualına cavab olaraq bildirib ki, ixtisasartırmaya ehtiyacı olan dövlət qulluqçularının sayı müəyyən olunub.

Komissiya bütün dövlət orqanlarına ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı müraciət edib. Hər bir dövlət orqanı neçə dövlət qulluqçusuna və hansı mövzuda ixtisasartırmaya ehtiyacı olduğu barədə Komissiyaya məlumatlar təqdim edib.

Prosesin başa çatdığını deyən Xəlilov bildirib ki, toplanmış məlumatlar komissiya tərəfindən ümumiləşdirilib.

Nazirlər Kabineti "Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması, müddəti və maliyyə təminatı Qaydaları"nı təsdiq edib. Həmin Qaydalar 2010-cu ildə qüvvəyə minəcək.

Xəbər lenti

Xəbər lenti