...

Azərbaycan həbsxanasında qətl törətməkdə təqsirli bilinən məhkumlara hökm oxunub

Cəmiyyət Materials 21 Dekabr 2009 17:16 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 23 yaşlı Həbibulla Eldar oğlu Həbibullayev 14 il, 21 yaşlı Emin Ələsgər oğlu Hüseynov 15 il müddətinə azadlıqdan məhrum ediliblər.
Azərbaycan həbsxanasında qətl törətməkdə təqsirli bilinən məhkumlara hökm oxunub

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycan həbsxanasında qətl törətməkdə təqsirli bilinən məhkumlara hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 23 yaşlı Həbibulla Eldar oğlu Həbibullayev 14 il, 21 yaşlı Emin Ələsgər oğlu Hüseynov 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.2.1, 120.2.4, 120.2.6, 120.2.11), cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal fəaliyyətini pozma (317) maddələri ilə ittiham olunublar.

Təqsirləndirilən şəxslər bu ilin iyunun 26-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı Cəzaçəkmə Müəssisəsində münaqişə zəminində məhbus yoldaşları - 21 yaşlı Elvin Rəsul oğlu Həsənovu küt alətlə vuraraq qətlə yetiriblər.

Müəssisədə cəza çəkən Hüseynov Cinayət Məcəlləsinin bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri törətmək (150.2.1, 150.2.4) maddələri ilə təqsirli bilinərək 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdu, Həbubullayev isə CM-in oğurluq (177.2), soyğunçuluq (180.2), narkotik vasətələri qəbul etmə (234.1) maddələri ilə 7 il azadlıqdan məhrum edilmişdi.

Həsənov isə CM-in tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma (332.3) maddəsi ilə 5 il azadlıqdan məhrumetmə cəzası ilə məhkum olunmuşdu.

Xəbər lenti

Xəbər lenti