...

Azərbaycanda Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi açılacaq

Cəmiyyət Materials 21 Dekabr 2009 19:20 (UTC +04:00)
Azərbaycanda Cənubi Qafqazın ən hündür zirvəsində dekabrın 22-də Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi açılacaq. Bu barədə bazar ertəsi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend News-a bildirib.
Azərbaycanda Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi açılacaq

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda Cənubi Qafqazın ən hündür zirvəsində dekabrın 22-də Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi açılacaq. Bu barədə bazar ertəsi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend -a bildirib.

Onun sözlərinə görə, elm mərkəzinin açılmasında əsas məqsəd yüksəkdağlıq ərazilərin vahid ekosistem kimi kompleks öyrənilməsi, həmçinin meteoroloji rejimin tədqiq edilməsi, xüsusi qar örtüyü, buzlaqlar, iqlim dəyişikliyinin və onların ətraf mühitə və bioloji müxtəlifliyə təsirinin öyrənilməsidir.

"Təxminən 3000 metr yüksəklikdə müvafiq inzibati binalar, həmçinin mərkəzin çətin iqlim şəraitində işlər aparacaq əməkdaşları üçün infrastrukturlar yaradılıb", - mətbuat katibi deyib.

Açılış mərasimində ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov iştirak edəcək.

Elmi Mərkəz Azərbaycan Prezidenti İlham Əliyevin "Böyük Qafqazda Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin kompleks hidrometeoroloji və ekoloji araşdırılması üzrə tədbirlər haqqında" sərəncamına əsasən yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti