...

Azərbaycan KİV-ləri bölgələrdəki hadisələrə daha diqqətli olmalıdır – Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 22 Dekabr 2009 13:56 (UTC +04:00)
Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov "Qloballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar" mövzusunda Yevlax şəhərində keçirilən konfransda deyib ki, kütləvi informasiya vasitələrinin bölgə olaylarına sistemli və ardıcıl yanaşmasına ciddi ehtiyac var.
Azərbaycan KİV-ləri bölgələrdəki hadisələrə daha diqqətli olmalıdır – Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir A.Hüseynbala/

Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov "Qloballaşma və konvergensiya şəraitində regional medianın vəziyyəti: reallıqlar və müasir tendensiyalar" mövzusunda Yevlax şəhərində keçirilən konfransda deyib ki, kütləvi informasiya vasitələrinin bölgə olaylarına sistemli və ardıcıl yanaşmasına ciddi ehtiyac var.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Amaşovun sözlərinə görə, ölkənin aparıcı KİV-lərinin region həyatının bütün pozitiv və neqativ cəhətləri ilə birgə işıqlandırması həmin ərazinin ictimai-siyasi mühitinin formalaşmasında vacib amillərdən sayılır.

"Aparıcı KİV-lərimizin region həyatının işıqlandırılmasında başlıca mövqeyi rəsmi dövlət qəzetlərinə məxsusdur", - konfransda çıxış edən "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu bildirib.

Onun fikrincə, müstəqil nəşrlərin region həyatının işıqlandırmasında əsasən hər hansı kriminal xarakterli məlumatları verməsi və qabartması tendensiyası daha çox nəzərə çarpır.

Konfransın növbəti iclası bölgə KİV-lərinin məhkəmə və hüquq-mühafizə orqanları ilə əlaqələrinə həsr olunub. Beynəlxalq Avrasiya Mətbuat Fondunun proqram departamentinin rəhbəri Nik Nvolica deyib ki, hazırda jurnalistlərin hüquqi baxımdan üzləşdikləri ən başlıca problem onların böhtan və təhqirə görə məsuliyyətə cəlb olunmasıdır. "Medianın üzləşdiyi növbəti problem informasiyanın verilməsi ilə bağlıdır. Jurnalist heç də həmişə informasiyanın olduğu yerdə olmur. Buna görə də o, inforamsiya daşıyıcılarına müraciət etməlidir və onların informasiya verməyə maraqlı olmaları vacib amildir", - o vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti