...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub

Cəmiyyət Materials 22 Dekabr 2009 16:45 (UTC +04:00)
Trend News-un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Beyləqan rayon sakinləri - Tahir Vaqif oğlu Nəsirov 14 il, İlqar Oqtay oğlu Quliyev 11 il müddətinə azadlıqdan məhrum ediliblər.
İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir H.Bağırov/

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunan şəxslərə hökm oxunub.

Trend -un məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Beyləqan rayon sakinləri - Tahir Vaqif oğlu Nəsirov 14 il, İlqar Oqtay oğlu Quliyev 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilən şəxslər bu il iyulun 5-də Milli Təhlükəszilik Nazirliyi əməkdaşlarını keçirdiyi əməliyyat tədbiri nəticəsində saxlanılıblar. Onlardan 30 kiloqrama yaxın həşiş aşkar edilərək götürülüb.

Nəsirov və Quliyev Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı (206.2.3), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma (234.4.1 və 234.4.3) maddələri ilə ittiham olunublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti