...

İsrailin Azərbaycandakı səfirliyini partlatmağa cəhddə ittiham olunanlar cəzalarının azaldılmasını istəyirlər

Cəmiyyət Materials 22 Dekabr 2009 17:17 (UTC +04:00)
Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədən Trend News-a verilən məlumata görə, "Hizbullah" və "Əl-Qaidə" ilə əməkdaşlıqda ittham olunan Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn, Azərbaycan vətəndaşları Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşov məhkəmə hökmündən apelyasiya şikayətini məhkəməyə təqdim ediblər.

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir H.Bağırov/

İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmağa cəhddə ittiham olunan dəstə üzvləri barələrindəki hökmdən apelyasiya şikayəti veriblər.

Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədən Trend -a verilən məlumata görə, "Hizbullah""Əl-Qaidə" ilə əməkdaşlıqda ittham olunan Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn, Azərbaycan vətəndaşları Cavid Məmmədov, Vidadi Rəsulov, Müşfiq Amanov və Əfqan Balaşov məhkəmə hökmündən apelyasiya şikayətini məhkəməyə təqdim ediblər.

Apelyasiya şikayətləri baxılması üçün cinayət işinin materialları ilə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Cinayət Məcəlləsinin dövlətə xəyanət, terrorçuluğa hazırlıq, casusluq və digər maddələri ilə (ümumilikdə 13 maddə ilə) ittiham olunan Kərəki Əli Məhəmməd 15, Nəciməddin Əli Hüseyn 15, Cavid Məmmədov 12, Vidadi Rəsulov 14, Müşfiq Amanov 13 və Əfqan Balaşov 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar ötən ilin mayında saxlanılıblar. Livan vətəndaşları saxlanılarkən onların üstündə saxta yolla hazırlanmış İran pasportları olub.

Livan vətəndaşları Kərəki Əli Məhəmməd, Nəciməddin Əli Hüseyn "Hizbullah" və "Əl-Qaidə" terror təşkilatları rəhbərləri tərəfindən hazırlanaraq Azərbaycana göndəriliblər və onların sifarişi ilə İsrailin Azərbaycandakı səfirliyini və Qəbələ RLS-i partlatmalı idilər.

İttiham olunan Azərbaycan vətəndaşları isə bu işdə onlara kömək etməli idilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti