...

"Bakı" klubunda ciddi dəyişikliklər olacaq

Cəmiyyət Materials 23 Dekabr 2009 10:09 (UTC +04:00)
"Bakı" klubunun prezidenti Hafiz Məmmədov komandanın baş məşqçisi Bülənt Qorxmazın işinə hələlik qiymət vermək istəmədiyini bildirib.
"Bakı" klubunda ciddi dəyişikliklər olacaq

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir F.Hüseynli/

"Bakı" klubunun prezidenti Hafiz Məmmədov komandanın baş məşqçisi Bülənt Qorxmazın işinə hələlik qiymət vermək istəmədiyini bildirib.

Trend -un məlumatına görə, bu barədə jurnalistlərlə söhbətində Məmmədov deyib.

Onun sözlərinə görə, türkiyəli mütəxəssisin əsl işi mövsümün sonunda ortada olacaq. O, qış fasiləsində komandada böyük dəyişiklik olacağını vurğulayıb.

"Konkret kimlərin gedəcəyini indidən açıqlamaq istəmirəm. Amma komandada böyük dəyişiklik olacaq", - klub prezidenti əlavə edib.

Məmmədov yalnız "Qarabağ"ın və milli komandamızın hücumçusu Vaqif Cavadovla bir müddət əvvəl danışıqlar apardığını gizlətməyib. Bu gün jurnalistlər önündə çıxış edən Məmmədov deyib ki, Cavadov onun çox hörmət etdiyi futbolçudur.

Məmmədov dünya səviyyəli futbolçuları transfer etməyəcəklərini desə də, alacaqları futbolçuların səviyyələrinə görə ulduzlardan geri qalmayacağını vurğulayıb.

Qarşıdan gələn "Birlik kuboku" ilə bağlı fikirlərini bildirən Məmmədov deyib ki, məqsəd ən yüksək nəticəni əldə etməkdir.

"İkinci, üçüncü yer bizlik deyil", - Məmmədov bildirib.

Xəbər lenti

Xəbər lenti