...

Bülənt Qorxmazın "Bakı"ya gəlişindən sonra komandada müsbət irəliləyişlər var - klubun fəxri prezidenti

Cəmiyyət Materials 23 Dekabr 2009 10:08 (UTC +04:00)
Bülənt Qorxmazın "Bakı"ya gəlişindən sonra komandada müsbət irəliləyişlər var/
Bülənt Qorxmazın "Bakı"ya gəlişindən sonra komandada müsbət irəliləyişlər var - klubun fəxri prezidenti

Azərbaycan, Bakı, 23 dekabr / Trend , müxbir F.Hüseynli/

"Bülənt Qorxmazın "Bakı"ya gəlişindən sonra komandada müsbət irəliləyişlər var. Bununla belə, "Bakı"nın yüksək səviyyədə çıxış etdiyini söyləyə bilmərəm. Baş məşqçinin zamana ehtiyacı var". Trend -un məlumatına görə, bu sözləri dünən jurnalistlərlə söhbətində "Bakı" klubunun fəxri prezidenti Anar Məmmədov deyib.

Məmmədov qış fasiləsində komandaya yeni oyunçuların cəlb olunacağını bildirib: "Fikrimcə, hal-hazırda "Bakı"ya ulduz futbolçuların gəlməsinə ehtiyac yoxdur. Bu, bizim üçün bir qədər vaxtından tez atılmış addım olar. Fasilədə transfer edəcəyimiz futbolçular isə yüksək səviyyəli oyunçular olacaq".

Klub rəsmisi sonda komandasının "Birlik Kuboku"nda uğurlu çıxış edəcəyinə və kuboku ölkəmizə gətirəcəyinə inandığını deyib.

Xəbər lenti

Xəbər lenti