...

KİV-ə Dəstək Fondu 2009-cu ilin yekunları ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 24 Dekabr 2009 16:21 (UTC +04:00)
Fonddan Trend News-a verilən məlumata görə, dekabrın 24-də KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda Müşahidə Şurasının iclası keçirilib.
KİV-ə Dəstək Fondu 2009-cu ilin yekunları ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ilin yekunları ilə bağlı fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini açıqlayıb.

Fonddan Trend -a verilən məlumata görə, dekabrın 24-də KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunda Müşahidə Şurasının iclası keçirilib.

Fondun icraçı direktoru Vüqar Səfərli müsabiqənin gedişi və qalib olan yazılar haqqında məlumat verib. O bildirib ki, bu il noyabrın 5-də elan edilmiş müsabiqədə iştirak etmək üçün Fonda 85 yazı təqdim olunub.

Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və onlardan 33-ü müsabiqənin qalibi olub. Qaliblər arasında Trend -un Azərbaycan redaksiyasının rəhbəri Emil Hüseynli də var.

Xəbər lenti

Xəbər lenti