...

Azərbaycan Prezidentinin ölkənin inkişafına şərait yaratması nəticəsində "ATV İnternational" kanalı fəaliyyətə başlayıb - Əli Həsənov

Cəmiyyət Materials 24 Dekabr 2009 15:54 (UTC +04:00)
Azərbaycan Prezidentinin ölkənin inkişafına şərait yaratması nəticəsində "ATV İnternational" kanalı fəaliyyətə başlayıb. Trend News-un məlumatına görə, bunu kanalın rəsmi açılışında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Azərbaycan Prezidentinin ölkənin inkişafına şərait yaratması nəticəsində "ATV İnternational" kanalı fəaliyyətə başlayıb - Əli Həsənov

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan Prezidentinin ölkənin inkişafına şərait yaratması nəticəsində "ATV İnternational" kanalı fəaliyyətə başlayıb. Trend -un məlumatına görə, bunu kanalın rəsmi açılışında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Prezident İlham Əliyevin doğum günü ilə telekanalın açılışı kimi iki mühüm hadisə bir günə təsadüf etdi. İnanıram ki, "ATV İnternational" kanalı mühüm informasiya vasitəsinə çevriləcək və Azərbaycanı dünyada tanıdacaq", - Həsənov əlavə edib.

Həsənov bildirib ki, Azərbaycanın bölgədə və dünyaya tanıdılmasında "ATV İnternational" informasiya funksiyası daşıyacaq.

"Azərbaycan haqqında təbliğat aparmaq spesifik işdir. "ATV İnternational" buna yardım göstərəcək", - Prezident Administrasiyasının şöbə müdiri bildirib.

Açılış mərasimində çıxış edən ATV Teleradio Yayım Şirkətinin prezidenti Tağı İbrahimov deyib ki, Azərbaycanın dünyaya tanıdılmasında İlham Əliyevin böyük rolu, xidməti var.

"Azərbaycan dövlətini qüdrətli görmək üçün hər kəs ölkəsini İlham Əliyev qədər sevməlidir", - İbrahimov əlavə edib.

Azərbaycan Milli Televiziya və Radio Şurası "ATV İnternational" televiziya kanalına altı il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edib.

"Azad Azərbaycan" Teleradio Yayım Şirkətinə (ATV) məxsus yeni kanal birbaşa peyk vasitəsilə yayımlanacaq.

Xəbər lenti

Xəbər lenti