Azərbaycanda idman sahəsində uğurlu siyasət həyata keçirilir - nazir (ƏLAVƏ OLUNUB-3)

Cəmiyyət Materials 24 Dekabr 2009 18:02 (UTC +04:00)
Azərbaycanda idman sahəsində uğurlu siyasət həyata keçirilir, 2009-cu ildə azərbaycanlı idmançıların qazandıqları 619 medal buna sübutdur. Bu sözləri gənclər və idman naziri Azad Rəhimov idmançıların illik mükafatlandırılması mərasimində deyib.
Azərbaycanda idman sahəsində uğurlu siyasət həyata keçirilir - nazir (ƏLAVƏ OLUNUB-3)

RED. əlav.: sonuncu abzas əlavə olunub

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanda idman sahəsində uğurlu siyasət həyata keçirilir, 2009-cu ildə azərbaycanlı idmançıların qazandıqları 619 medal buna sübutdur. Bu sözləri gənclər və idman naziri Azad Rəhimov idmançıların illik mükafatlandırılması mərasimində deyib.

Onun sözlərinə görə, gələn il Azərbaycanda Gənclər Olimpiya oyunları, Qaradəniz regionu ölkələrinin idman yarışları və s. kimi möhtəşəm idman tədbirləri keçiriləcək.

Nazir deyib ki, hazırda ölkədə bir sıra idman kompleksləri tikilir.

İlin ən yaxşı komandası "Araz" futzal klubu, intellektual komanda kimi şahmat üzrə ölkə yığması, ilin ən yaxşı hakimi isə Faiq Həsənov seçilib.

Ən yaxşı federasiya kimi Gimnastika Federasiyası, ilin ən yaxşı məşqçisi Firdovsi Umudov (sərbəst güləş üzrə yığmanın baş məşqçisi) seçilib. "Neftçi" isə ilin ən yaxşı idman təşkilatı olub.

Nazirlik aşağıdakı nominasiyalar üzrə ən yaxşıları elan edib:

idman proqramlarının ən yaxşı təşkilatçısı - İctimai Televiziya

ən yaxşı idman jurnalisti - Tural Xudiyev (Space TV)

ən yaxşı idman agentliyi - Azerisport

ən yaxşı idmançılar - Fərid Mansurov, Elnur Məmmədli, Teymur Rəcəbov (Day.az saytının sorğusuna görə)

fəal veteran idmançı - Məmməd Hüseynov (ağır atletika)

ən yaxşı idman tarixçisi - Dilqəm Quliyev

ən yaxşı idman nəşri - Gənclər və İdman Nazirliyinin aylıq jurnalı

ən fəal uşaq idman məktəbi - Lənkəran rayonunun idman məktəbi

ən yaxşı idman zalı - Heydər Əliyev adına İdman Konsret Kompleksi

idman layihələrinin ən fəal təşviqatçısı - AzTV

Azərbaycanın Gənclər və İdman Nazirliyi Fərid Mansurovu (yunan-roma güləşi), Aliyə Qarayevanı (gimnastika), Elmar Qasımovu (dzü-do), Ramil Quliyevi (atletika), Nizami Paşayevi (ağır atletika), Mariya Stadniki (güləş), Vüqar Həşimovu (şahmat), Rəşad Əhmədovu (taekvando), Valentina Demyanenkonu (avar çəkmə) və Hüseyn Həsənovu (idmanın paralimpiya növü) ilin ən yaxşı idmançıları kimi elan edib.

Xəbər lenti

Xəbər lenti