...

Azərbaycanda polis rəisinə hədə-qorxu gələrək pul tələb etməkdə ittiham olunan şəxslərə hökm oxunub

Cəmiyyət Materials 24 Dekabr 2009 16:28 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cəlilabad rayonunun Hasıllı kənd sakinləri - Həsən Qasımov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Cavid Həsənova isə Cinayət Məcəlləsinin şərti məhkum etmə (70) maddəsini tətbiq etməklə 6 il şərti cəza verilib.
Azərbaycanda polis rəisinə hədə-qorxu gələrək pul tələb etməkdə ittiham olunan şəxslərə hökm oxunub

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda polis rəisindən hədə-qorxu yolu ilə pul tələb edən şəxslərə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Cəlilabad rayonunun Hasıllı kənd sakinləri - Həsən Qasımov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib, Cavid Həsənova isə Cinayət Məcəlləsinin şərti məhkum etmə (70) maddəsini tətbiq etməklə 6 il şərti cəza verilib.

Adıçəkilən şəxslər 2009-cu il mayın 4-də Cəlilabad rayon Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin rəisi, polis mayoru Aydın Bayramovun xidməti otağında ona qarşı xuliqanlıq hərəkətləri törədiblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə (182.2.1, 182.3.2), xuliqanlıq (221.3) maddələri ilə təqsirli biliniblər.

1932-ci il təvəllüdlü Qasımov tanışı Həsənovla şöbə rəisindən hədə-qorxu ilə pul tələb etmək barədə razılığa gəliblər. Sonra şöbə rəisinin əmlakını ələ keçirmək məqsədi ilə onun haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə rəisin ünvanına poçtla məktub göndərərək ondan əvvəl 9 min manat, daha sonra isə tələblərini yerinə yetirmədiyinə görə 10 min manat istəyiblər.

Xəbər lenti

Xəbər lenti