...

Azərbaycanda bacısını qətlə yetirən qardaşa hökm oxunub

Cəmiyyət Materials 24 Dekabr 2009 17:51 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə namus üstündə bacısını qətlə yetirməkdə və onun sevgilisini öldürməyə cəhddə ittiham olunan Şərur rayon sakini Qadir Əliyev 12 il azadlıqdan məhrum edilib.

Azərbaycan, Bakı, 24 dekabr / Trend , muxbir H.Bağırov/

Azərbaycanda namus üstündə bacısını qətlə yetirməkdə təqsirli bilinən şəxsə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə namus üstündə bacısını qətlə yetirməkdə və onun sevgilisini öldürməyə cəhddə ittiham olunan Şərur rayon sakini Qadir Əliyev 12 il azadlıqdan məhrum edilib.

Bu il iyunun 6-da saat 14.30 radələrində Nizami rayonu Qara Qarayev prospektində Şərur rayon sakini Əliyev bacısı Zahidəni qayçı ilə çoxsaylı zərbələr vuraraq qətlə yetirib. O, daha sonra bacısının görüşdüyü Namiq Rəsulova da qayçı ilə xəsarət yetirib.

Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi və DİN-in Çevik Polis Alayı əməkdaşlarının birgə əməliyyat tədbirləri nəticəsində Əliyev tutulub.

Müəyyən edilib ki, Əliyev cinayəti "namus üstündə" törədib. O, bacısının Namiqlə görüşməsindən əsəbiləşib və bir müddət onları izləyib. Sonda hər iki gənci Nizami rayonunda parkda tutan Əliyev özündə olan qayçı ilə əvvəlcə bacısına çoxsaylı zərbələr endirib. Daha sonra bacısının görüşdüyü gəncə də xəsarət yetirib. Hər iki yaralı xəstəxanaya çatdırılsa da, həkimlər Zahidə Əliyevanın həyatını xilas edə bilməyiblər.

Xəbər lenti

Xəbər lenti