...

Azərbaycanda texniki-peşə məktəblərinin sayı artırılacaq – təhsil naziri

Cəmiyyət Materials 25 Dekabr 2009 14:04 (UTC +04:00)
Azərbaycanın hər bir iqtisadi rayonunda bu regionun tələblərinə cavab verən texniki-peşə məktəbləri yaradılacaq, cümə günü təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib.
Azərbaycanda texniki-peşə məktəblərinin sayı artırılacaq – təhsil naziri

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir M. Əliyev/

Azərbaycanda texniki-peşə məktəblərinin sayının artırılması planlaşdırılır.

Azərbaycanın hər bir iqtisadi rayonunda bu regionun tələblərinə cavab verən texniki-peşə məktəbləri yaradılacaq, cümə günü təhsil naziri Misir Mərdanov jurnalistlərə deyib.

Onun sözlərinə görə, hazırda hər bir regionun tələbləri öyrənilir. Artıq Qəbələdə müasir texniki-peşə məktəbi istismara verilib, Avropa Komissiyasının və "Azərsun holdinq"in dəstəyi ilə isə İsmayıllı və Biləsuvarda məktəblər açılacaq, nazir məlumat verib.

"Billur" zavodunun dəstəyi ilə həmçinin Gəncədə də texniki-peşə məktəbi yaradılacaq", - Mərdanov deyib.

Xəbər lenti

Xəbər lenti