...

Taliban ordusunda döyüşən Azərbaycan vətəndaşlarının cəzasının ağırlaşdırılması ilə bağlı protest təmin edilməyib

Cəmiyyət Materials 25 Dekabr 2009 15:13 (UTC +04:00)
Baş Prokurorluğun Azərbaycanın hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrdə hərbi təlimlər keçmiş Azərbaycan vətəndaşlarının cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti təmin edilməyib.
Taliban ordusunda döyüşən Azərbaycan vətəndaşlarının cəzasının ağırlaşdırılması ilə bağlı protest təmin edilməyib

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir H.Bağırov/

Baş Prokurorluğun Azərbaycanın hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrdə hərbi təlimlər keçmiş Azərbaycan vətəndaşlarının cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti təmin edilməyib.

Trend -un məlumatına görə, bu gün Bakı Apelyasiya Məhkəməsində Taliban ordusunda döyüşən Vüqar HüseynovRauf Abdullayevin barəsində Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmünün qüvvədə saxlanılması ilə bağlı qərar elan edilib.

Prokurorluq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündə təqsirləndirilən şəxslərin Əfqanıstanda döyüşməsi ilə bağlı müddəanın çıxarılmasını tələb edirdi.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə onların hər biri 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilənlər Vüqar Hüseynov və Rauf Abdullayev 2008-ci ilin əvvəlindən başlayaraq müxtəlif tarixlərdə Pakistan və Əfqanıstana gedərək hərbi düşərgələrdə hərbi təlimlər keçiblər. Onlar həmin ölkələrdə azərbaycanlı kontingentin də daxil olduğu hərbi koalisiya qüvvələrinə qarşı döyüşüblər. Hər iki şəxs orada bir neçə ay döyüşdükdən sonra Azərbaycana qayıdıblar. Bu ilin yanvarında hər iki şəxs Milli Təhlükəszilik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar.

Onlar Cinayət Məcəlləsinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə (279.1), Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə (318-ci) və s. maddələri ilə təqsirləndiriliblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti