...

İran səfirliyi Aşura günü münasibətilə Azərbaycan xalqına başsağlığı verib

Cəmiyyət Materials 25 Dekabr 2009 17:05 (UTC +04:00)
İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycan hökumətinə və xalqına Aşura günü münasibətilə başsağlığı verib.
İran səfirliyi Aşura günü münasibətilə Azərbaycan xalqına başsağlığı verib

Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir T.Cəfərov/

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Azərbaycan hökumətinə və xalqına Aşura günü münasibətilə başsağlığı verib.

"Aşura günü ən böyük şücaət günü, İslam dininin müdafiəsini uğrunda fədakarlıq günüdür. Şübhəsiz ki, Seyyidülşühədaya (İmam Hüseyn) və Kərbəla şəhidlərinə yas saxlamaq imamət məqamının və əziz İslamın qorunması, uca tutulması deməkdir", - İranın Azərbaycandakı səfirliyindən cümə günü Trend -a daxil olan məktubda deyilir.

"İran İslam Respublikasının səfirliyi bu böyük matəmlə əlaqədar Azərbaycanın əziz və mömin xalqına başsağlığı verir", - İran səfirliyinin məktubunda bildirib.

Xəbər lenti

Xəbər lenti