...

Azərbaycanda əfv olunan doqquz əcnəbi vətəndaş azadlığa buraxılıb

Cəmiyyət Materials 26 Dekabr 2009 11:41 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunan 9 əcnəbi vətəndaş şənbə günü 17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıblar.
Azərbaycanda əfv olunan doqquz əcnəbi vətəndaş azadlığa buraxılıb

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əfv olunan 9 əcnəbi vətəndaş şənbə günü azadlığa buraxılıblar.

Trend -un məlumatına görə, bu gün 17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılanların üçü Əfqanıstan, ikisi isə İran İslam Respublikasının vətəndaşlarıdır.

Dövlət Miqrasiya Xidmətinin vasitəsilə onlar öz ölkələrinə təhvil veriləcəklər. Həmin şəxslər dövlət sərhədini qanunsuz keçməyə görə (Azərbaycan Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə məhkium olunmuşdular).

Bu müəssisədə 674 məhbus cəza çəkir, onların 20-si əcnəbilərdir.

Prezident İlham Əliyevin dekabrın 25-də imzaladığı əfv sərəncamı ümumilikdə 99 məhbusa şamil edilib.

Azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərdən 89-u, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 3-ü, cərimə cəzasına məhkum edilmiş şəxslərdən 6-sı əfv olunub. Əfv olunanlar sırasında 3 Əfqanıstan, 2 İran İslam Respublikası, hərəsinə 1 olmaqla Nigeriya, Rusiya Federasiyası, Çin Xalq RespublikasıMakedoniya vətəndaşları da var.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1968-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Rəhimova Xatirə Vasil qızının cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

1994-cü ildən indiyədək imzalanmış 45 əfv fərmanı ilə 4858 şəxs cəzadan azad edilib. Fərmanların 13-ü İlham Əliyev, 32-si isə mərhum Prezident Heydər Əliyev tərəfindən imzalanıb. İndiyədək imzalanan 8 Amnistiya Aktı 40 min məhkuma şamil olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti