...

Sumqayıtın incəsənət ustalarının Aktau şəhərinə səfəri başa çatıb

Cəmiyyət Materials 28 Dekabr 2009 11:29 (UTC +04:00)
Sumqayıt şəhər İcra Hakimiyyətindən bazar ertəsi Trend News-a verilən məlumata görə, dekabrın 23-dən 25-dək nümayəndə heyəti Qazaxıstan Respublikasının Aktau şəhərində səfərdə olub.
Sumqayıtın incəsənət ustalarının Aktau şəhərinə səfəri başa çatıb

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Sumqayıt şəhərinin incəsənət ustalarından ibarət nümayəndə heyətinin Aktau şəhərinə səfəri başa çatıb.

Sumqayıt şəhər İcra Hakimiyyətindən bazar ertəsi Trend -a verilən məlumata görə, dekabrın 23-dən 25-dək nümayəndə heyəti Qazaxıstan Respublikasının Aktau şəhərində səfərdə olub.

Sumqayıtın estrada müğənniləri, muğam ifaçıları və rəqs qrupu dekabrın 24-də Aktau şəhərinin mərkəzi konsert salonunda yerli musiqiçilərlə birgə konsert proqramında iştirak ediblər. Qazaxıstan Respublikasının Müstəqillik Günü və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təşkil olunmuş bu tədbir Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə baş tutub.

Konsert proqramında Anar Quliyev, Sevda Kazımova və Aygün İsmayılova muğam və xalq mahnılarımızı, rəqs ansamblının üzvləri isə "Yallı", "Vağzalı", "İgidlər", "Naz eləmə" və digər rəqslərimizi ifa ediblər.

Bu həm də Sumqayıtla Aktau arasında yaradılmış əməkdaşlıq çərçivəsində ilk mədəniyyət tədbiri olub.

2009-cu il oktyabrın3-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iştirakı ilə Bakı şəhərində keçirilən Azərbaycan-Qazaxıstan sənədlərinin imzalanması mərasimində Sumqayıt və Aktau şəhərləri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılması haqqında Birgə Bəyannamə imzalanıb. Birgə Bəyannamə tərəflər arasında təhsil, elm, səhiyyə, idman və mədəniyyət də daxil olmaqla, geniş spektr üzrə əməkdaşlıq əlaqələrinin inkişafını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti