...

Gələn ildən Azərbaycanda futbol totalizatoru fəaliyyət göstərəcək - nazir

Cəmiyyət Materials 28 Dekabr 2009 14:21 (UTC +04:00)
"Rəsmi totalizator may ayından fəaliyyətə başlayacaq", - bu barədə bazar ertəsi Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.
Gələn ildən Azərbaycanda futbol totalizatoru fəaliyyət göstərəcək - nazir

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir M.Əliyev/

Gələn ildən etibarən Azərbaycanda futbol totalizatoru fəaliyyət göstərəcək.

"Rəsmi totalizator may ayından fəaliyyətə başlayacaq", - bu barədə bazar ertəsi Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.

Gənclər və İdman Nazirliyində Türkiyə şirkəti "İnteltex"-lə birgə totalizator işini aparacaq "Azəridmanservis" şöbəsi yaradılıb.

"Dövlət totalizatordan 70%, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) isə 30% gəlir əldə edəcək", - nazir deyib. Bu vəsaitlər idmanın, həmçinin uşaq futbolunun inkişafına sərf ediləcək.

Xəbər lenti

Xəbər lenti