Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir M. Əliyev/
Bakının Böyük Şor qəsəbəsi ərazisində 60 min yerlik yeni stadion inşa ediləcək. Bu barədə bazar ertəsi Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə deyib.
Stadionun inşasının maliyyələşdirilməsini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz öhdəsinə götürüb.
"2013-cü ildə Bakıda həmçinin hovuz kompleksinin inşası planlaşdırılır. Kompleksə beynəlxalq standartlara cavab verən 3 müxtəlif hovuz daxil olacaq", - Rəhimov deyib. Kompleksin Böyük Şor ərazisində inşa ediləcəyi planlaşdırılır.