...

Professor Qəzənfər Paşayevin "Nəsimi haqqında araşdırmalar" kitabının təqdimatı keçirilib

Cəmiyyət Materials 28 Dekabr 2009 17:08 (UTC +04:00)
Xəzər Universitetində bazar ertəsi Azərbaycan filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevlə görüş və onun "Nəsimi haqqında araşdırmalar" kitabının təqdimatı keçirilib.

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir M.Əliyev/

Xəzər Universitetində bazar ertəsi Azərbaycan filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevlə görüş və onun "Nəsimi haqqında araşdırmalar" kitabının təqdimatı keçirilib. Kitabda alimin müxtəlif illərdə Nəsiminin həyat və yaradıcılığına həsr etdiyi məqalələr toplanıb.

Millət vəkili Qənirə Paşayeva tədbirdə deyib ki, Qəzənfər Paşayevin İraqda yaşayan türklərin azərbaycanlılara tanıdılmasında böyük xidmətləri olub.

"SSRİ dövründə Azərbaycandan kənarda yalnız Cənubi Azərbaycanı az-çox tanıyardıqsa, Qəzənfər Paşayevin sayəsindədə İraqda bizim milyonlarla qardaş-bacımızın olmasından xəbər tutduq", - Paşayeva deyib.

Millət vəkili bildirib ki, professorun xidmətləri həm də ondan ibarətdir ki, o, İraqda yaşayan türklərə də bizim ədəbiyyatı tanıtdı.

Millət vəkilin sözlərinə görə, Qəzənfər Paşayevin özəlliyi ondadır ki, o, hər kəsin toxunduğu mövzularla məşğul olmur, həmişə yeni sahələrə can atır və uğurlu işlər görür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti