...

Azərbaycan Konstitusiya Məhkəməsi "ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətmiş şəxs" anlayışının izahını verib

Cəmiyyət Materials 30 Dekabr 2009 12:20 (UTC +04:00)
Trend News-un məlumatına görə, KM-nin Plenum iclasında Cinayət Məcəlləsinin 72-ci, 73-cü və 74-cü maddələrində "ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətmiş şəxs" müddəasının şərh olunmasına dair Şirvan Apelyasiya Məhkəməsinin müraciəti üzrə konstitusiya işinə baxılıb.
Azərbaycan Konstitusiya Məhkəməsi "ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətmiş şəxs" anlayışının izahını verib

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Konstitusiya Məhkəməsi "ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətmiş şəxs" anlayışının izahını verib.

Trend -un məlumatına görə, KM-nin Plenum iclasında Cinayət Məcəlləsinin 72-ci (səmimi peşmançılıqla bağlı cinayət məsuliyyətindən azadetmə), 73-cü (zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azadetmə) və 74-cü (şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azadetmə) maddələrində "ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətmiş şəxs" müddəasının şərh olunmasına dair Şirvan Apelyasiya Məhkəməsinin müraciəti üzrə konstitusiya işinə baxılıb.

Qərara görə, həmin maddələrdə əks olunmuş "ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətmiş şəxs" anlayışı ilk dəfə bu növ cinayətlərdən birini törətmiş və ya həmin cinayətlərdən bir neçəsini törətmiş, lakin bu əməllərə görə ona qarşı ittiham irəli sürülməmiş şəxsi nəzərdə tutur.
KM-nin hakimi Eldar Məmmədov iş üzrə xüsusi rəydə qalıb.

Xəbər lenti

Xəbər lenti