...

Bizimlə olun və uğur mütləq Sizinlə olacaq! – TREND şirkətinin Yeni il təbriki

Cəmiyyət Materials 30 Dekabr 2009 16:04 (UTC +04:00)
TREND Xəbərlər Şirkəti qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2010-ci il münasibətilə Sizi təbrik edir!
Bizimlə olun və uğur mütləq Sizinlə olacaq! – TREND şirkətinin Yeni il təbriki

TREND Xəbərlər Şirkəti qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2010-ci il münasibətilə Sizi təbrik edir!

Bütün qəlbimizlə Sizə əla əhval-ruhiyyə, xoş xəbərlər və düzgün qərarlar arzulayırıq! Qoy, qarşıdan gələn il Sizə uğur bəxş etsin, evinizə sevinc və xoşbəxtlik gətirsin. Ən əsası, həyatda nikbinlik və yaxşı əhval-ruhiyyə Sizi tərk etməsin. Sizə, Sizin doğmalarınıza və yaxınlarınıza sağlamlıq və əmin-amanlıq arzulayırıq!

Ötən ildə Azərbaycan jurnalistikasının səviyyəsi, peşəkarlığı və perspektivliyi, beynəlxalq informasiya aləminə təsiri əhəmiyyətli dərəcədə artıb. Bu, KİV-in yaradıcı fəaliyyəti üçün lazımi şərait yaradan Azərbaycanın dinamik inkişafı sayəsində mümkün olub.

TREND-in tərəfdaşlarına, abunəçilərinə, reklam verənlərə, saytımıza mütəmadi daxil olanlara dərin təşəkkürümüzü bildiririk. Biz əminliklə deyirik: bizimlə olun və uğur mütləq Sizinlə olacaq!

YENİ İLİNİZ MÜBARƏK!

Xəbər lenti

Xəbər lenti