...

Azərbaycan milli komandasına bolqarıstanlı məşqçi cəlb olunub

Cəmiyyət Materials 5 Yanvar 2010 16:10 (UTC +04:00)
Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən çərşənbə axşamı Trend News-a bildiriblər ki, bolqarıstanlı mütəxəssis Yuliana Stoyeva bundan sonra yığmamızın baş məşqçisi Rudiger Hauffenin köməkçisi olacaq. Stoyeva zəngin təcrübəsini avarçəkənlərimizin qarşıdakı yarışlara hazırlığına sərf edəcək.
Azərbaycan milli komandasına bolqarıstanlı məşqçi cəlb olunub

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir F.Hüseynli/

Akademik avarçəkmə üzrə Azərbaycan milli komandasına yeni məşqçi cəlb edilib.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən çərşənbə axşamı Trend -a bildiriblər ki, bolqarıstanlı mütəxəssis Yuliana Stoyeva bundan sonra yığmamızın baş məşqçisi Rudiger Hauffenin köməkçisi olacaq. Stoyeva zəngin təcrübəsini avarçəkənlərimizin qarşıdakı yarışlara hazırlığına sərf edəcək.

Yuliana Stoyeva 1963-cü il iyulun 7-də Bolqarıstanın paytaxtı Sofiyada anadan olub. O, ölkəmizə gələnədək Bolqarıstan yığmasının və yerli MOİK klubunun məşqçisi kimi çalışıb. Stoyeva indiyədək dünya və Avropa çempionatlarının bir sıra qalib və mükafatçılarını yetişdirib.

Xəbər lenti

Xəbər lenti