...

Azərbaycanın Mətbuat Şurasına "reket" qəzetlərlə bağlı yeni şikayətlər daxil olub

Cəmiyyət Materials 6 Yanvar 2010 13:49 (UTC +04:00)
"Reket" fəaliyyəti ilə məşğul olduğu iddia edilən daha beş qəzetlə bağlı daxil olan şikayətlər yaxın müddətdə araşdırılacaq", - çərşənbə günü Trend News-a Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə bildirib.
Azərbaycanın Mətbuat Şurasına "reket" qəzetlərlə bağlı yeni şikayətlər daxil olub

Azərbaycan, Bakı, 06 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın Mətbuat Şurasına "reket" qəzetlərlə bağlı yeni şikayətlər daxil olub.

"Reket" fəaliyyəti ilə məşğul olduğu iddia edilən daha beş qəzetlə bağlı daxil olan şikayətlər yaxın müddətdə araşdırılacaq", - çərşənbə günü Trend -a Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə bildirib.

Trend -un arayışı: Azərbaycanın Mətbuat Şurası 2009-cu ildə müxtəlif vaxtlarda "reket" fəaliyyəti ilə məşğul olan 90-dan çox qəzetin adını açıqlayıb.

Şuranın şikayətlər üzrə komissiyasının qərarı ilə "Naxçıvan press", "Kriminal aləm", "Radikal", "Avrotayms", "Taran", "Xüsusi təhqiqat", "Media Azərbaycan""İdeal" qəzetləri barədə olan materialların araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

Hüseynzadənin sözlərinə görə, Şuraya rəsmi müraciətdən əlavə, telefonla zəng edərək müxtəlif qəzetlərlə də bağlı şikayətlər edilib. "Bəzi qəzetlərin adlarına birinci dəfədir rast gəlirik. Bu səbəbdən həmin qəzetlərin hansı formada fəaliyyət göstərdiyi, şikayətlərin nə dərəcədə haqlı olub-olmadığı ciddi araşdırılmalıdır", - icraçı katib əlavə edib.

Onun fikrincə, bütün şikayətlər Şuranın şikayətlər üzrə komissiyasına təqdim olunur. "Reket" fəaliyyəti ilə məşğul olduğu iddia edilən qəzetlərlə bağlı qərar yalnız həmin komissiyanın verdiyi konkret rəy əsasında müəyyənləşdiriləcək", - Rəhimzadə vurğulayıb.

Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti