...

Azərbaycanda terror barədə yalan məlumat verməkdə ittiham olunanın məhkəməsi başlayıb

Cəmiyyət Materials 7 Yanvar 2010 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar / Trend , muxbir H.Bağırov /

Azərbaycanda terror barədə yalan məlumat verməkdə ittiham olunan Milli Elmlər Akademiyasının işçisinin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Cinayət Məcəlləsinin terrorla hədələmə (216-cı) maddəsi ilə ittiham olunan Mirseyfəddin Məmmədov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, terror barədə heç bir məlumat verməyərək, günahsız yerə həbs edildiyini bildirib.

İttihama görə, Məmmədov Azərbaycan Respulikasının vəzifəli şəxslərinin həyatına sui qəsd hazırlanması barədə Baş Prokurorluğa yalan məlumat verib.

O, 2009-cu iloktyabrın16-da Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs olunub.

Xəbər lenti

Xəbər lenti