...

Azərbaycanın Sumqayıt şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbirlər keçiriləcək

Cəmiyyət Materials 8 Yanvar 2010 12:06 (UTC +04:00)
Sumqayıt şəhər İcra Hakimiyyətindən Trend News-a verilən məlumata görə, 18-20 yanvar tarixlərində şəhərin Tarix muzeyində faciə ilə bağlı sərgi, şəhər kitabxanalarında dəyirmi masalar, oxucu konfransları, tematik guşələr, şəhər ümumtəhsil, orta ixtisas və ali təhsil ocaqlarında müvafiq tədbirlər təşkil ediləcək.
Azərbaycanın Sumqayıt şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı tədbirlər keçiriləcək

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Sumqayıt şəhərində 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə bağlı bir sıra kompleks tədbirlər həyata keçiriləcək.

Sumqayıt şəhər İcra Hakimiyyətindən Trend -a verilən məlumata görə, 18-20 yanvar tarixlərində şəhərin Tarix muzeyində faciə ilə bağlı sərgi, şəhər kitabxanalarında dəyirmi masalar, oxucu konfransları, tematik guşələr, şəhər ümumtəhsil, orta ixtisas və ali təhsil ocaqlarında müvafiq tədbirlər təşkil ediləcək.

20 yanvar tarixində şəhər rəhbərliyi şəhərdə yerləşən "20 Yanvar" abidəsi və "Şəhidlər Xiyabanı"nı, daha sonra Ceyranbatan ərazisi, Bakı-Quba yolunda yerləşən faciədə şəhid olmuş Sumqayıt alimlərinin xatirə abidəsini ziyarət edəcəklər.

Xəbər lenti

Xəbər lenti