...

Litvada Ermənilərin təbliğat monopoliyası dağıdılıb

Cəmiyyət Materials 8 Yanvar 2010 18:29 (UTC +04:00)
Litvada Ermənilərin təbliğat monopoliyası dağıdılıb, cümə günü Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev Vilnyusdan telefonla Trend News-a məlumat verib.
Litvada Ermənilərin təbliğat monopoliyası dağıdılıb

Azərbaycan, Bakı, 08 yanvar/ Trend , müxbir M.Əliyev/

"Litvada Ermənilərin təbliğat monopoliyası dağıdılıb", -  bu barədə cümə günü Litva Azərbaycanlıları Cəmiyyətinin sədri Mahir Həmzəyev Vilnyusdan telefonla Trend -a məlumat verib.

Onun sözlərinə görə, azsaylı olmasına baxmayaraq Azərbaycan diasporu erməni diasporu ilə sərt informasiya müharibəsi aparır və Ermənistan tərəfindən yayılan stereotip və əfsanələrin ifşa ediləsi üzrə mövcud nəticələr əldə edib.

"Biz müasir Avropa təbliğat texnologiyasını tətbiq edirik ki, onlar litvalıların qavrayışına yaxın olsun. Bu yerli KİV və digər təşkilatlara aiddir", - cəmiyyət sədri deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Litva Azərbaycanlıları İcması 1988-ci ilin sentyabrında yaradılıb.

Litva Respublikasında 600 mindən artıq milli azlıqlar və min nəfərə yaxın azərbaycanlılar yaşayır. Bundan əlavə, 500 nəfərə yaxın azərbaycanlı ölkə ərazisində qeyri-leqal yaşayır.

Xəbər lenti

Xəbər lenti