...

Təhsil naziri ali məktəb rektorlarını mütəxəssislərin hazırlanmasının keyfiyyəti barədə fikirləşməyə çağırıb

Cəmiyyət Materials 8 Yanvar 2010 15:57 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Misir Mərdanov ali məktəb rektorlarını mütəxəssislərin hazırlanmasının keyfiyyəti barədə fikirləşməyə çağırıb.
Təhsil naziri ali məktəb rektorlarını mütəxəssislərin hazırlanmasının keyfiyyəti barədə fikirləşməyə çağırıb

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir M.Əliyev/

Azərbaycanın təhsil naziri Misir Mərdanov ali məktəb rektorlarını mütəxəssislərin hazırlanmasının keyfiyyəti barədə fikirləşməyə çağırıb. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Nazir cümə axşamı rektorlarla birgə iclasda deyib ki, Azərbaycanın ali məktəblərinə daxil olanların hamısı diplom alır - buna layiq olanlar da, olmayanlar da. Eyni zamanda, xarici ölkələrdə tələbələrin 70 faizi, əgər onların bilik səviyyəsi qənaətbəxş deyilsə, diplom ala bilmir.

"Bizim ali məktəblərin nüfuzuna mənfi təsir göstərən bu məsələ ilə bağlı fikirləşməyin zamanı çatıb", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti