...

Azərbaycanın qərb bölgəsində dini ədəbiyyat satan 9 mağaza lisenziya almaq üçün Dövlət Komitəsinə müraciət edib

Cəmiyyət Materials 9 Yanvar 2010 11:46 (UTC +04:00)
Azərbaycanın qərb bölgəsində dini ədəbiyyat satan 9 mağaza lisenziya almaq üçün sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edib. Bu barədə Trend News-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsinin şöbə müdiri Firdovsi Kərimov məlumat verib.
Azərbaycanın qərb bölgəsində dini ədəbiyyat satan 9 mağaza lisenziya almaq üçün Dövlət Komitəsinə müraciət edib

Azərbaycan, Gəncə, 09 yanvar / Trend , müxbir V.Məmmədov/

Azərbaycanın qərb bölgəsində dini ədəbiyyat satan 9 mağaza lisenziya almaq üçün sənədlərini Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edib. Bu barədə Trend -a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsinin şöbə müdiri Firdovsi Kərimov məlumat verib.

Onun sözlərinə görə, qeydiyyat üçün müraciət edən mağazalardan 7-si Gəncə şəhərində, biri Şəmkirdə, digəri Goranboyda fəaliyyət göstrəir. Şöbə müdiri mağazaların hamısının dini ədəbiyyat satışı üzrə ixtisaslaşdığını bildirib.

Kərimov deyib ki, bölgədə ixtsaslaşmış mağazalardan başqa dini ədəbiyyat satan 4 səyyar (Şah Abbas Came Məscidi və İmamzadə ziyarətgahının həyətində, Naftalan şəhər yarmarkası və Şəmkir şəhər "Həbibi" ticarət mərkəzində) satışla məşğul olan şəxs var.

İki mağazada qarışıq formada dini ədəbiyyat satışına rast gəlindiyini bildirən Kərimov qeyri-ixtisaslaşmış və səyyar satışla məşğul olanlara qurum tərəfindən xəbərdarlıq edildiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti