...

Azərbaycan məhkəməsi jurnalistin xaricdə müalicəsinə icazə vermədi

Cəmiyyət Materials 11 Yanvar 2010 12:48 (UTC +04:00)
Trend News-un məlumatına görə, bazar ertəsi Sumqayıt şəhər Apelyasiya Məhkəməsində "Yeni Müsavat" qəzetinin köşə yazarı Mahal İsmayıloğlunun şikayətinə baxılıb.
Azərbaycan məhkəməsi jurnalistin xaricdə müalicəsinə icazə vermədi

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan məhkəməsi jurnalistin xaricdə müalicəsinə icazə vermədi.

Trend -un məlumatına görə, bazar ertəsi Sumqayıt şəhər Apelyasiya Məhkəməsində "Yeni Müsavat" qəzetinin köşə yazarı Mahal İsmayıloğlunun şikayətinə baxılıb.

İsmayıloğlu Trend -a bildirib ki, bu gün keçirilən məhkəmə prosesində onun apelyasiya şikayəti təmin olunmayıb və Abşeron rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

İsmayıloğluna qarşı cinayət işi onun qonşuluğunda çalışan xadimənin şikayəti əsasında qaldırılıb. Keçmiş baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma (128) maddəsi ilə ittiham olunur. Məhkəmənin hökmü ilə o, iki il şərti cəza alıb.

Zərərçəkən kimi tanınan Nəsibə Nuruş qızı jurnalistin ona fiziki təzyiq yetirdiyini və mənəvi təhqirə məruz qoyduğunu iddia edir.

İsmayıloğlu bildirib ki, şikayətdə onun xaricdə müalicəsinə imkan yaradılması üçün ölkədən çıxmasına icazə verilməsi də xahiş olunurdu. Məhkəmə onun bu xahişini də nəzərə almayıb.

Məhkəmə qərarı icraya yönəldiləndən sonra İsmayıloğu müalicəsi üçün xaricə getməyə icazə verilməsi xahişi ilə yenidən məhkəməyə müraciət edəcəyini, məhkəmə qərarından isə Ali Məhkəməyə şikayət verəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti