...

Azərbaycanda Ermənistandan qovulan azərbaycanlıların icması yaradılacaq

Cəmiyyət Materials 11 Yanvar 2010 15:59 (UTC +04:00)
Azərbaycanın müxalifətyönlü partiyası Qərbi Azərbaycan İcmasının və İrəvan Mühacir Hökumətinin yaradılması üçün hazırlıqları davam etdirir.
Azərbaycanda Ermənistandan qovulan azərbaycanlıların icması yaradılacaq

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanda Ermənistandan qovulan azərbaycanlıların icması yaradılacaq

Azərbaycanın müxalifətyönlü partiyası Qərbi Azərbaycan İcmasının və İrəvan Mühacir Hökumətinin yaradılması üçün hazırlıqları davam etdirir.

"Qərbi Azərbaycan Mühacir Hökumətinin yaradılması üçün bütün bölgələri əhatə edən Qərbi azərbaycanlıların statistik siyahısının hazırlanması qərara qlınıb", - bazar ertəsi Trend -a Müasir Müsavat Partiyasının mətbuat xidmətindən bildirilib.

Trend -un arayışı: XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı - 1948-1956, 1987-1988-ci illər adlı - dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Addəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.

Məlumatda qeyd edilir ki, öz doğma yurd-yuvalarından deportasiya olunan Qərbi azərbaycanlıların həmin torpaqlara geri qayıtamsı, yaxud itirilən əmlaklarının geri alınması, beynəlxalq təşkilatlar tərəfindən onların qaçqın kimi statuslarının tanınması üçün başlanan imzatoplama kampaniyasının sürətləndirilməsi də qərara alınıb: "Həmin imzalar Avropa Şurasına, ATƏT-ə və BMT-yə göndəriləcək", - məlumatda vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti