...

Ermənilərin törətdiyi soyqırım faktları ilə bağlı çəkilən film müsbət qiymətləndirilməlidir - Azərbaycan Parlamentinin deputatı

Cəmiyyət Materials 12 Yanvar 2010 15:01 (UTC +04:00)
"Qarabağla bağlı hazırlanan, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, ermənilərin xalqımıza qarşı törətdiyi vandalizm, soyqırımla bağlı çəkilən filmlərin sayının artması hamımızı razı salır. Bu istiqamətdə atılan hər bir addım çox müsbət qiymətləndirilən addımdır", - Trend News-un məlumatına görə, bunu təqdimat mərasimində çıxış edən Azərbaycan Parlamentinin deputatı Qənirə Paşayeva bildirib.
Ermənilərin törətdiyi soyqırım faktları ilə bağlı çəkilən film müsbət qiymətləndirilməlidir - Azərbaycan Parlamentinin deputatı

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbi M.Əliyev/

Azərbaycanda erməni vandalizmi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni sənədli filmin təqdimatı keçirilib.

"Qarabağla bağlı hazırlanan, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, ermənilərin xalqımıza qarşı törətdiyi vandalizm, soyqırımla bağlı çəkilən filmlərin sayının artması hamımızı razı salır. Bu istiqamətdə atılan hər bir addım çox müsbət qiymətləndirilən addımdır", - Trend -un məlumatına görə, bunu təqdimat mərasimində çıxış edən Azərbaycan Parlamentinin deputatı Qənirə Paşayeva bildirib.

Trend İnformasiya Agentliyi Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Sözün bitdiyi zaman" adlı sənədli film çəkib. Film ingilis və rus dillərində yayımlanacaq. Fimin ideya müəllifi və layihənin koordinatoru Emil Hüseynli, qurluşçu rejissoru Nazim Şərbətovdur.

Paşayeva bildirib ki, bugünkü və gələcək nəsillərimiz üçün belə filmlərimizin sayı çoxalmalıdır.

"Son iki əsr boyunca baş verən hadisələri reallığı ilə gənclərimizə çatdırmalıyıq ki, öz tarixlərini dərindən bilsinlər. Dünyanın hər yerində gənclər daha çox ekranlara baxmağa üstünlük verirlər, nəinki kitab oxumağa. Görüntü daha çox təsir edə bilir, ona görə də görüntülərdə tarixi faktların əksini tapması daha çox önəmli məsələdir. Dünyada filmin göstərdiyi təsirin əvəzini heç nə verə bilmir. Xaricdəki təbliğat üçün bu film çox gözəl bir işdir. İstərdim ki, bu film diaspor təşkilatlarına göndərilsin. Bu filmdə həm xarici jurnalistlərin dedikləri, həm faktlarla insanların başına gətirildiyi faciələr göstərilib. Filmin rus və ingilis dillərində yayılması çox önəmlidir", - Paşayeva bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti