...

Azərbaycanda İrandan narkotik gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi keçirilib

Cəmiyyət Materials 12 Yanvar 2010 17:57 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan vətəndaşları Murad Alıyev, Azər Məmmədov və İran vətəndaşı Əlibala Tarverdiyanın cinayət işi üzrə keçirilən prosesdə prokuror çıxış edib.
Azərbaycanda İrandan narkotik gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi keçirilib

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda İrandan narkotik gətirməkdə ittiham olunan şəxslərin məhkəməsi keçirilib.

Trend -un məlumatına görə, bu günAğır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycan vətəndaşları Murad Alıyev, Azər Məmmədov və İran vətəndaşı Əlibala Tarverdiyanın cinayət işi üzrə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Tarverdiyanın 13l, Alıyevin 12, Məmmədovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Məhkəmə yanvarın 15-də hökm elan edəcək.

Təqsirləndirilən şəxslər 2009-cu ilin mayında İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə keçirərkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulublar.

Onlar Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2.3), qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə (228), qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1; 234.4.3) maddələri ilə ittiham olunublar.

Xəbər lenti

Xəbər lenti