...

Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna ötən il daxil olan müraciətlərin 45,3 faizi pensiya məsələlərinə aid olub

Cəmiyyət Materials 14 Yanvar 2010 10:51 (UTC +04:00)
Fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev cümə axşamı Trend News-a bildirib ki, hesabat dövründə Fondun "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") əhali tərəfindən daxil olan müraciətlər arasında pensiya məsələləri ilə bağlı məsələlər üstünlük təşkil edib. Belə ki, müraciətlərin 45,3 faizi bilavasitə pensiya məsələlərinə aid olub.
Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna ötən il daxil olan müraciətlərin 45,3 faizi pensiya məsələlərinə aid olub

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Dövlət Sosial Müdafiə Fonduna ötən il ərzində daxil olan müraciətlərin 45,3 faizi pensiya məsələlərinə aid olub.

Fondun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev cümə axşamı Trend -a bildirib ki, hesabat dövründə Fondun "190" nömrəli telefon məlumat xidmətinə ("Call-center") əhali tərəfindən daxil olan müraciətlər arasında pensiya məsələləri ilə bağlı məsələlər üstünlük təşkil edib. Belə ki, müraciətlərin 45,3 faizi bilavasitə pensiya məsələlərinə aid olub. 22,6 faizini məcburi dövlət sosial sığortasına, 10,2 faizini isə fərdi uçotun təşkilinə dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 22,9 faizi digər məsələlərlə bağlı olub.

Daxil olan müraciətlər arasında bilavasitə Fondun səlahiyyətlərinə aid olmayan məsələlər də azlıq təşkil etməyib. Bu müraciətlərlə əlaqədar vətəndaşlara lazımi izahatlar verilib, onlara müvafiq qurumlara müraciət etmək tövsiyə edilib.

Ümumilikdə, "190" nömrəli telefon məlumat xidmətinə il ərzində 29 325 müraciət daxil olub və bütün müraciətlər operativ şəkildə cavablandırılıb. Qeyri-iş günlərinə təsadüf edən zənglərə isə avtomatik olaraq robot tərəfindən standart formada cavablar verilib.

Aparılan araşdırmalara əsasən, canlı əlaqə zamanı telefon məlumat xidmətinə ünvanlanan suallar arasında əmək pensiyası hüququnun necə yaşdan yarandığı, güzəştli şərtlərlə kimlərin pensiyaya çıxmaq hüququnun olduğu, pensiya təyinatı üçün hansı sənədlərin tələb edildiyi, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər, sosial sığorta üzrə ödəmələrin növləri, sığortaedənlərin, eləcə də sığortaolunanların hüquq və vəzifələri kimi məsələlər üstünlük təşkil edib. Müraciətlər arasında Fondun yerli şöbələrinin fəaliyyətindən şikayətlər də olub ki, həmin şikayətlərlə bağlı dərhal araşdırma aparılıb və müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti