...

İranda həbsdə olan azərbaycanlı alimin işi üzrə məhkəmə başlayıb

Cəmiyyət Materials 14 Yanvar 2010 14:15 (UTC +04:00)
Rəşid Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin sədri Soltanhəmid Məlikov Trend News-a bildirib ki, alim ötən gün ailəsi ilə telefon əlaqəsi saxlayıb və onlara işi üzrə məhkəmənin hazırlıq iclasının keçirildiyi barədə məlumat verib.

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

İranda həbsdə olan azərbaycanlı alimin işi üzrə məhkəmə başlayıb.

Rəşid Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin sədri Soltanhəmid Məlikov Trend -a bildirib ki, alim ötən gün ailəsi ilə telefon əlaqəsi saxlayıb və onlara işi üzrə məhkəmənin hazırlıq iclasının keçirildiyi barədə məlumat verib.

Əliyev deyib ki, növbəti prosesdə o, tərcüməçi ilə təmin olunacaq və ifadə verəcək.

Məhkəmə iclasının vaxtı isə hələlik təyin olunmayıb.

Məlikov bildirib ki, növbəti prosesdə Azərbaycan dövlətinin nümayəndəsinin iştirak etməsi xahişi ilə Xarici İşlər Nazirliyinə müraciət edib.

İranın "Sazan Eleсtronics Industry" şirkətinin dəvəti ilə və BDU ilə əməkdaşlığa dair müqavilə çərçivəsində BDU-nin Fizika Problemləri İnstitutunun fiziki-bioloji sistem laboratoriyasının baş mühəndisi Rəşad Əliyev 2008-2009-ci illərdə bu şirkətdə işləyib. Şirkət rəhbərliyi alimə daimi yaşayış üçün İrana getməyi təklif etsə də Əliyev bu təklifi qəbul etməyib və tezliklə Vətənə qayıdıb. Şirkətin direktoru Abbas İftixarinin israrlı xahişindən sonra Əliyev oktyabrın 5-də qısa müddətə İrana qayıdıb. Oktyabrın 6-da isə viza problemi bəhanəsi ilə həbs edilib.

"Rəşid Əliyevin həbsinin firmamızla BDU arasında bağlanan müqaviləyə heç bir aidiyyatı yoxdur", - "Sazan Eleсtronics Industry" şirkətinin direktoru İftixari bir müddət öncə Trend -a deyib.

Azərbaycanın Ədliyyə Nazirliyi azərbaycanlı mütəxəssisin işi ilə əlaqədar İranın müvafiq strukturlarına sorğu göndərib.

Hazırda Əliyev Evin həbsxanasının 5-ci korpusunda saxlanılır.

Xəbər lenti

Xəbər lenti