...

Azərbaycanda silahlı insident törətməkdə təqsirli bilinən mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub

Cəmiyyət Materials 14 Yanvar 2010 14:21 (UTC +04:00)
Trend News-un məlumatına görə, bu gün Lənkəran şəhər məhkəməsinin hökmü ilə şəhər sakinləri - Mahir Nəsrullayev 6 il, Vahid İsmayılov 6 il 6 ay, Rövşən Həsənov 5 il, Rahim Həsənov 4 il, Raqib Babayev və Hafiz Babayevin hər biri 10 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Azərbaycanda silahlı insident törətməkdə təqsirli bilinən mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda silahlı insident törətməkdə təqsirli bilinən mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub.

Trend -un məlumatına görə, bu gün Lənkəran şəhər məhkəməsinin hökmü ilə şəhər sakinləri - Mahir Nəsrullayev 6 il, Vahid İsmayılov 6 il 6 ay, Rövşən Həsənov 5 il, Rahim Həsənov 4 il, Raqib Babayev və Hafiz Babayevin hər biri 10 ay müddətinə azadlıqdan məhrum ediliblər.

2009-cu il fevralın 22-də Lənkəranın Sütəmurdov kəndində yerləşən yeməkxananın yaxınlığında baş verən insidentdə Lənkəran şəhər sakinləri, əvvəllər məhkum olunmuş Rövşən Həsənovla Mahir Nəsrullayev arasında münaqişə yaranıb. Onların arasında atışma baş verib. Digər təqsirləndirilən şəxslər isə adıçəkilən şəxsləri aralaşdırmaq əvəzinə onların bir-birlərinə silahdan atəş açmalarına şərait yaradıblar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228), xuliqanlıq (221.2.1) maddələri ilə ittiham olunublar.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində təqsirləndirilən şəxslər tutulublar.

Xəbər lenti

Xəbər lenti