...

Azərbaycanda dövlətə xəyanətdə təqsirli bilinən sabiq hərbi qulluqçunun məhkəməsi başlayıb

Cəmiyyət Materials 14 Yanvar 2010 17:17 (UTC +04:00)
Azərbaycanda dövlətə xəyanətdə təqsirli bilinən sabiq hərbi qulluqçunun məhkəməsi başlayıb.

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir H.Bağırov/

Azərbaycanda dövlətə xəyanətdə təqsirli bilinən sabiq hərbi qulluqçunun məhkəməsi başlayıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədən Trend -a verilən məlumata görə, bu gün Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Adil oğlu Əlixanovun cinayət işi üzrə qapalı məhkəmə prosesi başlayıb.

Qapalı prosesdə ifadə verən Əlixanov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin dövlətə xəyanət (274) maddəsi ilə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti