...

Azərbaycanda məktəb məzunlarının qızıl və ya gümüş medalla təltif olunma qaydası təsdiq edilib

Cəmiyyət Materials 15 Yanvar 2010 10:57 (UTC +04:00)
Azərbaycan Nazirlər Kabineti "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"nı təsdiq edib. Bu barədə Trend News Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat yayıb.
Azərbaycanda məktəb məzunlarının qızıl və ya gümüş medalla təltif olunma qaydası təsdiq edilib

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir M. Əliyev/

Azərbaycan Nazirlər Kabineti "Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma Qaydası"nı təsdiq edib. Bu barədə Trend Nazirlər Kabinetinin rəsmi saytına istinadən məlumat yayıb.

Qaydada göstərilir ki, qızıl və ya gümüş medalla təltifi üçün namizəd ümumi orta təhsil səviyyəsini 75 faiz "əla" qiymətlərlə bitirənlər, bütün fənlərdən illik qiymətləri "əla" olanlardır.

Qızıl və ya gümüş medalla təltifi üçün namizədliyi verilən təhsilalanlardan attestata yazılan yekun qiymətləri yalnız "əla" olanlar qızıl medala, attestata yazılan yekun qiymətlərindən ən çoxu ikisi "yaxşı" (tədris dili və riyaziyyat istisna edilməklə) olanlar isə gümüş medala layiq görüləcəklər.

Həmçinin, təhsilalanın qızıl və ya gümüş medalla təltifi üçün namizədliyinin verilməsi zamanı onun respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməsi də nəzərə alınır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti